Mələkxanım qızının nişanında gələcək kürəkəni ilə DUET OXUDU - VİDEO

Mələkxanım qızının nişanında gələcək kürəkəni ilə DUET OXUDU - VİDEO

Hazırda oxunan: Mələkxanım qızının nişanında gələcək kürəkəni ilə DUET OXUDU - VİDEO

158936

Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Mələkxanım Eyubovanın bloqer qızı Nəzrin Cəfərovanın nişanı olub.

Bizim.Media xəbər verir ki, gənc müğənni Mərdan Kazımovla nişanlanan Nəzrinin özəl gecəsindən yeni görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda qızının xoş günündə yanında olan anası M.Eyubovanın "Aləm gözəl" mahnısı ifa etməsi əks olunub. Onun ifasının sədaları altında cütlük rəqs edib. 

Həmçinin Xalq artisti gələcək kürəkəni ilə də birgə duet oxuyub. Onlar "Unuda bilmirəm" məşhur əsəri səsləndiriblər. Diqqət çəkən məqam isə sözügedən nəğmənin Mərdan tərəfindən dəyişdirərək, yeni üslubda, rok janrında oxuması olub. İkilinin bu dueti isə qonaqlar tərəfindən alqış və təəccüblə qarşılanıb.
Qeyd edək ki, N.Cəfərova bir dəfə nişanlı olub. O daha sonra verilişlərin birində qonaq olarkən nişanı qaytardığını açıqlamışdı. Hazırda Nəzrin Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcılarından biridir. 

Həmin görüntüləri sizə təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO