\

\"Ümidimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq\" - Qaribaşvili

Hazırda oxunan: \"Ümidimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq\" - Qaribaşvili

158906

“Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qaribaşvili: “Qardaşlığın möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür”


"Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür", - İ.Qaribaşvili deyib.

Baş nazir bölgədə sülhün davamlı olacağına ümidvar olduğunu bildirib:

"Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO