“COVID-19-dan qurtulmayacağıq” - Dünyaca məşhur epidemioloq bilmədiklərinizdən danışdı

“COVID-19-dan qurtulmayacağıq” - Dünyaca məşhur epidemioloq bilmədiklərinizdən danışdı

Hazırda oxunan: “COVID-19-dan qurtulmayacağıq” - Dünyaca məşhur epidemioloq bilmədiklərinizdən danışdı

15890

“Son bir ildə COVID-19 haqqında daha çox məlumat ortaya çıxdı, lakin mütəxəssislər hələ də bu barədə çox şey bilmirlər. Virus davamlı olaraq hər kəsi təəccübləndirməkdə davam edir. Vəziyyət çox xoşagəlməz hala gəlib”.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zemanın məsləhətçisi, sabiq Səhiyyə naziri, ölkənin aparıcı epidemioloqlarından biri olan Roman Primula deyib.

“Bu, yalnız sətəlcəm problemi deyil, klinik mənzərə çox müxtəlifdir. Burada qan laxtalanmasında pozğunluqlar da vacib rol oynayır”- deyə epidemioloq qeyd edib.

Sabiq səhiyyə nazirinin fikrincə,  COVİD-19 hələ uzun müddət aktual  olacaq:

"Düşünürəm ki, COVID-19-dan qurtulmayacağıq və bizimlə uzun müddət birlikdə yaşayacaq. Ancaq inanmaq istərdim ki, virusun müxtəlif mutasiyalarının ortaya çıxmasına baxmayaraq, vaksinləmə ilə vəziyyəti nəzarətdə saxlaya biləcəyik”.

Primula koronavirus xəstəliyinin qarşısını almaq üçün öz “resepti”ni də açıqlayıb.

“Çox sadədir - bu elementar sanitariya qaydalarına əməl etmək, qısa məsafədə təmasları məhdudlaşdırmaq, əl gigiyenası, risk qruplarının, xüsusilə də yaşlı insanların peyvənd edilməsi.

Gördüyünüz kimi inqilabi reseptim yoxdur, amma sehr hər zaman təfərrüatlarda gizlənir”- Çex prezidentinin müşaviri cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO