Dollarla satılan avtomobil reklamına aydınlıq gəldi – İTV günahkar deyil - SƏSYAZISI

Dollarla satılan avtomobil reklamına aydınlıq gəldi – İTV günahkar deyil - SƏSYAZISI

Hazırda oxunan: Dollarla satılan avtomobil reklamına aydınlıq gəldi – İTV günahkar deyil - SƏSYAZISI

15889

Tanınmış avtomobil şirkəti olan “Range Rover”in Azərbaycan qanunlarını pozması ilə bağlı xəbər dərc etmişdik. Xəbərdə qeyd olunur ki, sözügedən şirkət ölkədaxili ticarət mübadiləsi zamanı malının satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan dollarla həyata keçirir.

Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış avtomobil şirkəti qanunu pozur – Cəzalanan olacaqmı? - FOTO


Şirkət rəsmi saytında, 107.7 - AVTO FM dalğasında, eləcə də digər kütləvi informasiya vasitələrində "Range Rover” avtomobilinin dollarla satışını reklam edərək Azərbaycanın müvafiq qanunlarını pozur. 

Dərc etdiyimiz məlumatda sözügedən şirkətin məlum reklamının səhvən İctimai Televiziya və Radio Yayımları Şirkətinin 90 FM dalğasında yayınlandığını yazmışdıq. 

Fakt yenidən araşdırılandan sonra məlum olub ki, məşhur şirkətin dollarla reklamı və açıq satışı 107.7 - AVTO FM dalğasında yayınlanır.

Hansı ki  “Range Rover” şirkəti  KİV-də reklam fəaliyyətinin tənzimlənməsi, “Reklam haqqında” qanunu, Azərbaycan Konstitusiyasını, İnzibati Xətalar Məcəlləsini, eləcə də Dövlət Vergi Xidmətinin tələblərini kobud şəkildə pozur.

Məsələ ilə bağlı Bizim.Media 107.7 - AVTO FM-lə əlaqə saxlayıb. Radiodan bildirilib ki, sözügedən yayınla bağlı araşdırma aparılacaq və nəticəsi barədə bizə məlumat veriləcək. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO