“Sabah”-“Araz Naxçıvan” oyununda heç-heçə - VİDEO  

“Sabah”-“Araz Naxçıvan” oyununda heç-heçə - VİDEO  

Hazırda oxunan: “Sabah”-“Araz Naxçıvan” oyununda heç-heçə - VİDEO  

158789

Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edib.  

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Xatırladaq ki, turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib və 2:1 hesabıyla qalib gəlib.

Bu gün baş tutan ilk oyunda isə “Qəbələ” evdə “Səbail”ə uduzub – 0:1. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah tutacaq.  

Misli Premyer Liqası 9-cu tur  

7 oktyabr  

“Sabah” – “Araz-Naxçıvan” 1:1  

Qollar: Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.  

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli “Bank Respublika Arena”, 18:00. Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.  

Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.  

Baş məşqçi: Murad Musayev.  

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).  

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.  
Baş məşqçi: Azər Bağırov.
 


 
Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO