Ağstafada AĞIR QƏZA – 5 nəfər xəstəxanalıq oldu

Ağstafada AĞIR QƏZA – 5 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Ağstafada AĞIR QƏZA – 5 nəfər xəstəxanalıq oldu

158711

Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı-Qazax magistralında Ağstafa-Qazax marşrutu ilə hərəkət edən mikroavtobus evakuatorla toqquşub.  

Qəza zamanı mikroavtobusun sənişinləri, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva, 1971-ci il təvəllüdlü Şərifə Qasımova və 2005-ci il təvəllüdlü Nərimin Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Fakla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO