Yaponiyanın Sapporo şəhəri 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyindən imtina etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu qərarın verilməsinə səbəb Tokio-2020 ilə bağlı korrupsiya qalmaqallarıdır.
İddia və qalmaqallar ictimai rəyə ciddi təsir edib.
Sapporo meri Katsuhiro Akimoto məlumatı təsdiqləməsə də, oktyabrın 11-də Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuhiro Yamaşita ilə görüş keçirəcəyini bildirib. Görüşdə gələcək fəaliyyətlər müzakirə ediləcək.
Yamaşita 2030-cu il oyunlarına namizədlə bağlı sualları cavablandırmaqdan imtina edib. O, “hazırda heç nə ilə bağlı şərh verə bilmərəm”, – deyib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:45 / 06.10.2023
Yaponiya Olimpiya Oyunlarına namizədlikdən İMTİNA ETDİ
Hazırda oxunan: Yaponiya Olimpiya Oyunlarına namizədlikdən İMTİNA ETDİ
Hazırda oxunan: Yaponiya Olimpiya Oyunlarına namizədlikdən İMTİNA ETDİ
158639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.