Prezidentin köməkçisi Qazaxıstan səfiri ilə regional məsələləri MÜZAKİRƏ EDİB 

Prezidentin köməkçisi Qazaxıstan səfiri ilə regional məsələləri MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Prezidentin köməkçisi Qazaxıstan səfiri ilə regional məsələləri MÜZAKİRƏ EDİB 

158528

Qazaxıstan və Azərbaycan beynəlxalq arenada uğurla əməkdaşlıq edirlər. 

Bizim.Media Qazaxıstan səfirliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə deyilib. 

Görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub. Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə ediblər. 

Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib. 

Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə Görüşünün önəmi vurğulanıb. 

Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə və ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib.
Öz növbəsində, səfir Alim Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib. Tərəflər “saatların yoxlanılması” məqsədilə mövcud olan müntəzəm görüşlərin keçirilməsi praktikasını davam etdirmək razılığına gəliblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO