Çimərlik voleybolu üzrə komandalarımız Avropa Kubokunda İŞTİRAK EDƏCƏK 

Çimərlik voleybolu üzrə komandalarımız Avropa Kubokunda İŞTİRAK EDƏCƏK 

Hazırda oxunan: Çimərlik voleybolu üzrə komandalarımız Avropa Kubokunda İŞTİRAK EDƏCƏK 

158454


Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək.

Bizim.Media xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Türkiyənin Balıkesir şəhəri ev sahibliyi edəcək.  

5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmiz iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında “AZERRAİL”, kişilərin mübarizəsində isə “MUROV AZ TERMİNAL” komandası kubok uğrunda yarışacaq. 
Hər iki komandamız A qrupunda mübarizə apacaq.  “AZERRAİL” klubu “Beach Volley Training BEINASCO” (ITA), “RÉ Beach Club” (FRA), “BERGSTRAND BV” (AUT), “Altinyurt Spor Kulübü ISTANBUL” (TUR) komandaları ilə bir qrupda yer alır.  

“MUROV AZ TERMİNAL” komandası isə “Beach Volley Training BEINASCO” (ITA), “ABC WÖRTHERSEE” (AUT), “Beachbol La Malva VALENCIA” (ESP), “Kartal Anadolu Spor Kulübü ISTANBUL” (TUR) klubları ilə yarışacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO