Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 5-12 oktyabr tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub.Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:56 / 04.10.2023
Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Müsabiqə BAŞLAYIR
Hazırda oxunan: Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Müsabiqə BAŞLAYIR
Hazırda oxunan: Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Müsabiqə BAŞLAYIR
158296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.