Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Trend" yayıb.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.
1947-ci ildə orta məktəbi bitirib və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.
X. Yusifzadəyə 2005-ci ildə ona "Professor" elmi adı verilib. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
O, sağlığında "Şöhrət" ordeni (Azərbaycan) (18 sentyabr 2004), "Şərəf" ordeni (11 dekabr 2009), 1-ci dərəcəli "Əmək" ordeni (19 sentyabr 2017), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019-cu il), "Heydər Əliyev" ordeni (13 yanvar 2020) və "İstiqlal" ordeni (13 yanvar 2000) ordenləri ilə təltif olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:45 / 03.10.2023
Xoşbəxt Yusifzadə VƏFAT ETDİ
Hazırda oxunan: Xoşbəxt Yusifzadə VƏFAT ETDİ
Hazırda oxunan: Xoşbəxt Yusifzadə VƏFAT ETDİ
158225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.