“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı dəqiqləşdi

“Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı dəqiqləşdi

Hazırda oxunan: “Azərreyl”in Çağırış Kubokundakı oyunlarının vaxtı dəqiqləşdi

158218

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Ukrayna təmsilçisi “Balta” ilə bu raundun hər iki matçı tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.  

Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan Voleybol Mərkəzində keçiriləcək hər iki görüş saat 20:00-da start götürəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO