Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətindəki zəlzələni öncədən proqnozlaşdıran "Zəlzələ kahini" Frank Hoogerbeetsdən yenə diqqətçəkən açıqlama gəlib.
Bizim.Media “Free Press Journal”a istinadən xəbər verir ki, hollandiyalı tədqiqatçı yaxın 48 saat ərzində Pakistanda böyük bir zəlzələnin olacağını iddia edib.
O, zəlzələnin Pakistanın Bəlucistan əyalətində baş verəcəyini proqnozlaşdırıb.
Atmosferdəki elektrik axınını dəniz səviyyəsində araşdıran SSGEOS da mümkün bir zəlzələnin baş verə biləcəyini ifadə edib. Qurum Pakistandakı nasazlıq xəttində elektrik sıxlığının çox yüksək olduğuna diqqət çəkib. Pakistan Meteorologiya İdarəsi iddialarla bağlı açıqlama verməyib.
Bundan əvvəl Pakistan Meteorologiya İdarəsi zəlzələ ilə bağlı proqnozların heç bir elmi əsası olmadığını bəyan etmiş və oxşar iddiaları təkzib etmişdi.
Qeyd edək ki, Frank Hoogerbeets bütün dünyada baş verə biləcək zəlzələlər barədə dəqiq proqnozlar verib. O, Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı da əvvəlcədən xəbər vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 02.10.2023
"Zəlzələ kahini"ndən daha bir qorxunc PROQNOZ: 48 saat ərzində...
Hazırda oxunan: "Zəlzələ kahini"ndən daha bir qorxunc PROQNOZ: 48 saat ərzində...
Hazırda oxunan: "Zəlzələ kahini"ndən daha bir qorxunc PROQNOZ: 48 saat ərzində...
158012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.