Brilliant Dadaşova oğlu Cahadın Qənirə Paşayeva ilə xatirəsini BÖLÜŞDÜ 

Brilliant Dadaşova oğlu Cahadın Qənirə Paşayeva ilə xatirəsini BÖLÜŞDÜ 

Hazırda oxunan: Brilliant Dadaşova oğlu Cahadın Qənirə Paşayeva ilə xatirəsini BÖLÜŞDÜ 

157709

Xalq artisti Brilliant Dadaşova mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı kövrək paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi oğlu Cahadın 14 il əvvəl Şimali Kiprdə təhsil aldığı zaman Qənirə Paşayevanın onunla maraqlı dialoqundan söz açıb.

"Cahad 2009-cu ildə Şimali Kiprdə təhsil aldığı universitetdə, tələbələr bir yerə yığışıb Bakıdan gələn Qənirə Paşayevanın Türkiyə-Azərbaycan qardaşlığından bəhs etdiyi məruzəni dinləyir. Məruzə bitdikdən sonra Qənirə xanım oğlumu ilk dəfə görməsinə baxmayaraq 70 tələbənin içində məhz ona yaxınlaşıb əlini sıxır və deyir:

"Eşitdim bizi burada layiqincə təmsil edirsən".

Cahad isə bilikli olduğu kimi, həm də şuluq olduğundan (Cahad sosial şəbəkə hesabında sözügedən mövzu ilə bağlı yazıb ki, "İki ay Şimali Kiprdə olduğum müddətdə dalaşıb və içkili halda nəqliyyat vasitəsini idarə etdiyim üçün polisə düşmüşəm - red.) elə bilib ki, Qənirə xanım bu sözləri istehza ilə deyir. Bu səbəbdən Cahad Qənirə xanımdan üzr istəyir.

Qənirə xanım isə Cahadın üzr istəməyinə "İlk dəfədir görürəm ki, tələbə imtahandan aldığı yüksək bala görə, üzr istəsin" cavabını verib.

Cahad isə Qənirə xanımın bu sözlərinə "Siz imtahanı nəzərdə tutursunuz?" sualını verir.

Qənirə xanım isə cavabında "Bəs sən nəyi nəzərdə tutub üzr istədin?" sualını verir. Oğlum

Cahad isə "Heç..." 

Qeyd edək ki, Q.Paşayeva 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO