Əkin sahələri BÖYÜYÜR – Bəs, aqrar sahəyə ayrılan vəsait NİYƏ AZALIR?

Əkin sahələri BÖYÜYÜR – Bəs, aqrar sahəyə ayrılan vəsait NİYƏ AZALIR?

Hazırda oxunan: Əkin sahələri BÖYÜYÜR – Bəs, aqrar sahəyə ayrılan vəsait NİYƏ AZALIR?

157555

Gələn il Azərbaycan kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçün 1 milyard 109,9 milyon manat olması nəzərtə tutulur ki, bunun da ölkə iqtisadiyyatında xüsusi çəkisi 3,1 faizdir. 

Bəs, bu vəsaitlərin azalması nə ilə bağlıdır?

Bizim.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli, bu proqnoza görə sözügedən vəsaitin ötən ilin büdcəsi ilə müqayisədə təxminən 92 milyon manat azaldığını qeyd edib.

Ekspert düşünür ki, aqrar sahəyə vəsaitlərin subsidiya şəklində ayrılması doğru deyil:

“Bu gün bir çoxları deyir ki, xərclər artırılmalıdır. Hardan və necə artacaq? Bunu soruşan yoxdur! Büdcə gəlirlərinin 52 faizini neftdən gələn gəlirlər təşkil edir. Bunun bir hissəsini isə aqrar sahəyə ayırmaq da düzgün deyil. Subsidiyaları elə sahələrə ayırmaq lazımdır ki, perspektivli və daim inkişaf edən bir sahə olsun. Əgər bir sahəni inkişaf etdirmək mümkün deyilsə, böyük subsidiyaların da nəticəsi olmayacaq. Bu sahədə idxalı tənzimləmək lazımdır ki, gətirilən məhsulları anbarlara yığaq və ehtiyat fondumuzu formalaşdıraq. 

Ayrılan vəsaitin azalması o demək deyil ki, dövlətin prioritet məsələləri həll olunmayacaq və inkişaf olmayacaq. Əslində, ayrılan vəsaitlər düzgün və zəruri istiqamətlərə xərclənməli və prioritet planlar öndə olmalıdır. Həm öz ölkəmizin, həm də qonşu ölkələrin təcrübəsində də görürük ki, pul xərcləmək hələ yaxşı inkişaf etmək anlamına gəlməməlidir”. 

Ərazilərimiz işğaldan azad edildikcə, kənd təsərrüfatına yararlı yeni torpaq sahələri və yeni imkanlar ortaya çıxır. Belə olan halda, bu sahəyə daha çox vəsaitlərin cəlb edilməsi vacib olur. Əgər büdcə azaldılarsa, bu məsələ necə öz həllini tapacaq?

Ekspert bildirdi ki, yeni torpaqların dövriyyəyə buraxılması əslində fərdi təsərrüfatlar və özəl sahibkarlıq fəaliyyəti hesabına həll olunmalıdır: 

“Əgər torpaqlar əkinə yararlıdırsa, deməli əkini də rentabelli olacaq və sahibkar gəlir əldə edəcək”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO