ŞOK: II Yelizavetanın onuncu nəticəsi hamam otağının döşəməsində doğuldu – FOTOLAR

ŞOK: II Yelizavetanın onuncu nəticəsi hamam otağının döşəməsində doğuldu – FOTOLAR

Hazırda oxunan: ŞOK: II Yelizavetanın onuncu nəticəsi hamam otağının döşəməsində doğuldu – FOTOLAR

15718

Kraliça II Yelizaveta bir daha böyük nənə olub. Lukas Filip Tindall nəslin ardıcıllıqla 22-ci varisi olacaq.

O, Zara və Mayk Tindallın üçüncü övladıdır.

Bizim.Media xəbər verir ki, bu barədə BBC cütlüyün rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

II Yelizavetanın əri ürək əməliyyatı keçirdi


Mənbə yazır ki, Britaniya kraliçası II Yelizavetanın nəvəsi Zara Tindall və əri Maykın martın 21-də oğlu dünyaya gəlib. 

Ailənin üçüncü övladına Lukas Filip Tindall adı verilib. Çəkisi 3,7 kq-dır. Uşağın atasının etiraf etdiyi kimi, cütlük xəstəxanaya vaxtında gələ bilmədiyi üçün Lukas hamam otağının döşəməsində doğulub. 

Bukingem Sarayında Kraliça və Şahzadə Filip onuncu nəticəsi ilə görüşü  səbirsizliklə gözləyirlər.  

Şahzadə Annanın qızı Zara Filip 2011-ci ilin iyul ayında reqbi oyunçusu Mayk Tindall ilə evlənib.

Toydan üç il sonra idmançı təqaüdə çıxıb. 

Qeyd edək ki, 39 yaşlı Zara atçılıq idmanı ilə peşəkar şəkildə məşğul olur. 2012-ci ildə London Olimpiadasında gümüş medal qazanıb, lakin Rio-de-Janeyrodakı 2016 Olimpiadasına gedə bilməyib. 

2014-cü ildə cütlüyün Mia və 2018-ci ildə Lena adlı qızları doğulub. Üçüncü övladları nəslin 22-ci varisi olacaq.

Xatırladaq ki, fevral ayında II Yelizavetanın altıncı nəvəsi - York şahzadəsi Yevgeniya oğul doğub. 2018-ci ildə o, ingilis aristokratı və şərab taciri Jack Brooksbank ilə evlənib. 

Bu yaxınlarda məlum olub ki, Şahzadə Harri və Megan Markle ailədə bir yenilənmə gözləyirlər.

Onların ikinci övladı yayda olmalıdır. Bu yaxınlarda teleaparıcı Opre Vinfreyə verdiyi müsahibədə cütlük bir qız uşağı olacağını açıqlayıb.

Bizim.Media









 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO