Ərdoğan:

Ərdoğan: "Azərbaycan Ordusu Xocalıya ölüm deyil, sülh gətirmək üçün daxil oldu"

Hazırda oxunan: Ərdoğan: "Azərbaycan Ordusu Xocalıya ölüm deyil, sülh gətirmək üçün daxil oldu"

157068

Rəcəb Tayyib Ərdoğan Türkiyəyə dönüşü zamanı təyyarədə Naxçıvana səfərinin yekunları ilə bağlı türkiyəli jurnalistlərə Zəngəzur dəhlizi, Azərbaycanın antiterror tədbirləri və digər məsələlərlə bağlı mühüm açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.

Xocalıda Azərbaycan bayrağının dalğalanmasına münasibət bildirən Rəcəb Tayyib Ərdoğan deyib ki, o, 31 il sonra TRT telekanalında göstərilən və Xocalı soyqırımı zamanı – 9 yaşında doğma evindən didərgin salınan qız kimi sevinc hissi keçirir: 

“Ən azı həmin balamız kimi biz də o sevincli anları yaşadıq. O qırğının açdığı yaralar dərindir. Təbii ki, həmin faciəni yaşayanlar da, biz də Xocalı qırğınını unutmayacağıq. Ermənistan Xocalı faciəsinin əvəzini ödəyir və ödəyəcək. Çünki Həm Xocalıdan, həm də digər yerlərdən 1 milyon insan didərgin düşdü. Haraya? Azərbaycana. İndi onilliklər sonra Azərbaycan bu qırğının hesabını soruşdu. Çox fərqli şəkildə soruşdu və torpaqlarını geri qaytardı".

Ərdoğan ATƏT-in tarixə qovuşan sabiq Minsk Qrupu haqda da danışıb:

"Məlumdur ki, Amerika, Rusiya, Fransa – Minsk üçlüyü deyilən bu ölkələr illər boyu Azərbaycanın hüququnu tanımadılar. Sonda, Azərbaycan özü öz problemini həll etdi və işi tamamladı. İndi Xocalıda artıq kim var? Xocalının sahibləri... Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, hüzur və sülh gətirmək üçün daxil oldu.

Bundan bir çox il əvvəl erməni quldur dəstələrinin girdiyi kimi daxil olmadı. İnsanları qətlə etmək üçün daxil olmadı. Bunu Xocalının layiq olduğu sülhü və hüzuru təmin etmək üçün etdi. Öz torpaqlarında Zəfər müjdəsi vermək üçün daxil oldu".

Türkiyə Prezidenti vurğulayıb ki, artıq həm Xocalı, həm də bütün Qarabağ üçün Azərbaycanın suverenliyi altında dayanıqlı sülh və hüzurun vaxtı gəlib çatıb:

"Ermənistanın vəzifəsi bu hüzurun bərqərar olması və qorunması üçün sülhü dəstəkləməkdir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO