Azərbaycanda bu kəndlərə ancaq Ural maşınları ilə getmək mümkündür - VİDEO

Azərbaycanda bu kəndlərə ancaq Ural maşınları ilə getmək mümkündür - VİDEO

Hazırda oxunan: Azərbaycanda bu kəndlərə ancaq Ural maşınları ilə getmək mümkündür - VİDEO

156983

Evlərinə  çatmaq üçün 15 km-lik yolu çay yatağı ilə  qət edirlər. Bu kəndlər Zaqatalanın ən ucqar kəndlərindəndir. Kəndə getmək üçün yalnız dağ çayları aşılmalıdır.

Bizim.Media xəbər verir ki, qədim dağ kəndləri olan Sabunçu, Cimcimax və daha 6 kəndin sakinləri evlərinə  getmək üçün nə az, nə çox düz 15 km yolu cay yatağı ilə  qət etməlidirlər.

Kənd sakinləri bu kəndə  ancaq Ural markalı yük maşınları ilə  gedib gəlirlər. Hər tərəfi dağ çayları ilə  əhatəli olan Cimcimax və  Sabunçu kəndinə  bir neçə  gün əvvəl güclü sel düşdüyündən əhali çətin vəziyyətə düşüb.

Məsələ  ilə əlaqədar Cimcimax Kənd icra nümayəndəsi Allahverdi İbrahimov Xəzər televiziyasına bildirib ki, burdakı vəziyyət aidiyyatı üzrə  rəhbərliyə məruzə edilib.

Daha ətraflı videomaterialda:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO