İnstagramda 568 min izləyicisi olan sosial media fenomeni illərdir gizli eşq yaşayırmış.
Bizim.Media xəbər verir ki, Rusiyada olduqca çox tanınan bloger Marina Balmaşeva 10 illik həyat yoldaşından ayrılaraq ögey oğlu ilə evlənib. Hətta, ondan uşaq dünyaya gətirib.
O, evli olduğu 10 il müddətində ögey oğlu ilə gizli eşq yaşayıb. Marinanın ögey oğlu ilə evlənməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.
O, bütün bunlara aydınlıq gətirən status yazıb:
“Gizlətməkdən yoruldum. Həyatda hər şey mümkündür və bəli, biz evlənməyə qərar verdik. Bilirəm, bəziləriniz bizi qınayacaq, bəziləriniz isə dəstək olacaq. Amma biz xoşbəxtik. Ümid edirəm ki, siz də olarsınız”.
Qeyd edək ki, hazırda Marinanın 35, ögey oğlunun isə 20 yaşı var.
Səmra Xəlilbəyli, Bizim.Media