AFFA bu oyunçunu futboldan uzaqlaşdırdı – SƏBƏB

AFFA bu oyunçunu futboldan uzaqlaşdırdı – SƏBƏB

Hazırda oxunan: AFFA bu oyunçunu futboldan uzaqlaşdırdı – SƏBƏB

156961

“Zaqatala” klubunun futbolçusu Məmmədov Mahmud Gündüz oğlu 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilərək barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 (iki) illik diskvalifikasiya sanksiyası tətbiq edilib.

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, 17.05.2022-ci il tarixində Azərbaycan I Divizionunun “Neftçi- 2” – “Zaqatala” PFK qarşılaşması zamanı “Zaqatala” PFK-nın heyətində çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və laboratoriyanın müvafiq hesabatına əsasən M.Məmmədovun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO