Corc Kluni malikanəsini rekord qiymətə satışa ÇIXARDI – FOTO 

Corc Kluni malikanəsini rekord qiymətə satışa ÇIXARDI – FOTO 

Hazırda oxunan: Corc Kluni malikanəsini rekord qiymətə satışa ÇIXARDI – FOTO 

156844

Dünya şöhrətli Hollivud ulduzu Corc Kluni 21 ildir sahib olduğu Komo gölündəki malikanəsini satışa çıxarıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Kluni evin satışından 100 milyon dollar (təxminən 170 milyon manat) əldə etmək niyyətindədir. 

18-ci əsrdə tikilmiş 25 otaqlı “Villa Oleander” Corc üçün müəyyən sentimental əhəmiyyət kəsb edirdi, çünki o, 2013-cü ildə gələcək həyat yoldaşı Amal ilə Komo gölündə tanış olub.
Daha sonra cütlük iki övladı - oğlu Aleksandr və qızı Ella ilə birlikdə həmin villada istirahət ediblər. Ancaq Amalın evə çox da düşkün olmadığı deyilir. O, Fransaya üstünlük verir və cütlük bu yaxınlarda Provansda yeni əmlak alıb. Aşiqlərin İngiltərə və ABŞ-da da dəbdəbəli evlərinin olduğu bildirilir. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO