“Qənirə Paşayevanı müayinə etmək üçün Türkiyədən həkimlər GƏTİRİLİB” – Ailəsindən AÇIQLAMA   

“Qənirə Paşayevanı müayinə etmək üçün Türkiyədən həkimlər GƏTİRİLİB” – Ailəsindən AÇIQLAMA   

Hazırda oxunan: “Qənirə Paşayevanı müayinə etmək üçün Türkiyədən həkimlər GƏTİRİLİB” – Ailəsindən AÇIQLAMA   

156839

“Qənirə xanımın durumu stabil ağır durumda qalır”.  

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev bildrib.
 

MÖVZU İLƏ BAĞLI:

Son dəqiqə: Qənirə Paşayeva komaya düşdü - VİDEO


Onun sözlərinə görə komada olan Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub: 

“Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev dedi ki, aparata qoşulub. Həkimlərimiz nə lazımdırsa bütün tədbirləri görürlər və sağaltmağa çalışırlar. Artıq Türkiyədən də məsləhətçi həkimlər gətiriblər. Onlar da hazırda yardımçı olurlar”. 

Qəzənfər Paşayev onu da əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın ayağa qalxması üçün xüsusi qayğı göstərir: 

“Mehriban xanım çox böyük qayğı göstərir. Zarafat deyil, böyük işdir. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov Qənirə xanıma baş çəkməyə gəlmişdi. Dövlətimiz bu məsələdə xüsusi həssaslıq göstərir”. 

Qeyd edək ki, ötən gecə Mərkəzi Klinik xəstəxanaya səhhətindəki narahatlıqla bağlı yerləşdirilən millət vəkili Qənirə Paşayeva komaya düşüb. Onun qəbul etdiyi dərmanların yan təsirindən komaya düşdüyü bildirilir. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO