Lavrov: “Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir, lakin…”

Lavrov: “Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir, lakin…”

Hazırda oxunan: Lavrov: “Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir, lakin…”

156684

“Rusiya Kiyevin Müstəqillik Bəyannaməsində təsbit olunmuş bütün vədlərinin yerinə yetirilməsi şəraitində Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır”.  

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib. 

“Əlbəttə, hələ 1991-ci ildə biz Ukraynanın Sovet İttifaqından çıxarkən qəbul etdiyi Müstəqillik Bəyannaməsi əsasında suverenliyini tanımışdıq.

Bəyannamədə qeyd edilirdi ki, Ukrayna hökuməti milli azlıqların hüquqlarına hörmət edəcəklər, rus dilinin və digər dillərin hüquqlarına hörmət edəcəklər, rus dili orada birbaşa qeyd olunur. Sonra bütün bunlar Ukrayna Konstitusiyasına daxil edildi. 
Lakin Müstəqillik Bəyannaməsində bizim üçün əsas məqamlardan biri Ukraynanın bloklara qoşulmayan ölkə olması və heç bir hərbi ittifaqa girməyəcəyi idi. Bu sözlə, bu şərtlər altında biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə Lavrov qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO