Albert Aqarunovun Şuşada vurduğu tank 31 ildən sonra Bakıya gətirildi.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “telegram” kanallarında yayılıb.
Bildirilir ki, tank hazırda Qənimətlər parkına aparılır.
Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə bərpa edilərək, Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media