Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılaraq, xəsarət alıb - FOTO 

Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılaraq, xəsarət alıb - FOTO 

Hazırda oxunan: Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılaraq, xəsarət alıb - FOTO 

156530

Ucarda şəhərin giriş qapısının üstünə çıxan şəxs yıxılaraq ağır xəsarət alıb. 

Bu gün axşam saatlarında Ucar şəhərinin giriş qapısının üstünə çıxan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Allahverdi oğlu Qasımov asfalt örtüyün üzərinə yıxılıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ilkin ehtimala görə, içki düşkünü olan şəxs giriş qapısının yaxınlığında yatırmış və əşyalarını məhz yıxıldığı yerdə, qapının yuxarı hissəsində gizlədirmiş. 

Zərərçəkən ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Fakt araşdırılır. 









Bizim.Media, Aran bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO