Erməni təssübkeşlərinin MƏĞLUBİYYƏTİ – Aİ və BMT-dəki təxribatlar necə İFLASA UĞRADI?

Erməni təssübkeşlərinin MƏĞLUBİYYƏTİ – Aİ və BMT-dəki təxribatlar necə İFLASA UĞRADI?

Hazırda oxunan: Erməni təssübkeşlərinin MƏĞLUBİYYƏTİ – Aİ və BMT-dəki təxribatlar necə İFLASA UĞRADI?

156478

Azərbaycan ötən gün diplomatik sahədə daha bir uğur qazandı. Yevlax görüşü ilə eyni günə təsadüf edən bu uğuru okenın o tayında, BMT Təhlükəsizlik Şurasının iclasında əldə etdik.

Xatırladaq ki, Fransanın təşəbbüsü və ABŞ-ın dəstəyi ilə BMT TŞ-da Azərbaycan barədə müzakirələr olacağı barədə xeyli müddət idi ki, xəbərlər gəzirdi. Nəhayət ki, ötən gün bu müzakirələr oldu. Və bu bədnam müzakirələrə Almaniya və bir neçə Avropa dövləti də qoşuldu. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovdan  FOTOFAKT: "Ermənilər Qarabağda ağır texnikalar yerləşdirib" - VİDEO


BMT TŞ öz qərarlarına nə zaman hörmət edəcək?

Əslində son 2 ayda Azərbaycanla bağlı 2 dəfə BMT TŞ-də eyni məzmunlu müzakirələrin açılması heç bir məntiqə sığmır. Çünki, Azərbaycanın ərazi bütövlüyün BMT üzvü olan bütün dövlətlər illər öncə qəbullanıb. Və 1992-ci ilin mart ayının 2-dən Azərbaycan BMT-nin tam hüquqlu üzvüdür. Bundan əlavə 1993-cü ildə BMT TŞ Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını pisləyən 4 qətnamə qəbul edib. 

Doğrudur, həmin qətnamələr icrasız qalıb. Lakin, hər halda bu qətnamələr sübut edir ki, dünya Azərbaycanın üzləşdiyi problemlərdən bixəbər deyil. Bütün bunlardan sonra 2 ayın işərisində 2 dəfə Azərbaycanın ərazi bütövlüyünü və suveren toxunulmazlığını TŞ-nin müzakirəsinə çıxarmaq sadəcə anlaşılan deyil. Daha doğrusu, bu cür hallar BMT və Aİ kimi təşkilatların qlobal güclərin əlində alət olmasının göstəricisidir. 

Təsadüfi deyil ki, Xarici İşlər naziri Ceyhun Bayramov dünənki müzakirələrdə çox haqlı olaraq qeyd etdi ki, Təhlükəsizlik Şurasına belə müzakirələrin çağırılmasının kökündə məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşmalar durur:

“Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırkı həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir”. 

Ceyhun Bayramov bu və digər fikirləri ilə müzakirələrin keçirilməsinə təşəbbüs və dəstək göstərən dövlətləri açıq şəkildə ifşa etdi. Çünki, bu gün BMT-nin müzakirə edə biləcəyi kifayət qədər qlobal problemlər var. O cümlədən də Azərbaycanla bağlı. 

Təsadüfi deyil ki, dünənki müzakirələr nəticəsiz qaldı. Və heç bir sənəd qəbul olunmadı. Bu da Azərbaycanın qətiyyəti və ədalətli mövqeyi hesabına baş verdi. BMT TŞ-dəki müzakirələrdən saatlar öncə Azərbaycan öz ərazisində yaşayan və hərbi cinayətdə əli olmayan hər bir erməniyə sahib çıxacağını bir dahə bəyan etdi və bu istiqamətdə hərəkətə keçdi. Və cəmi bir neçə saat ərzində Azərbaycan Xankəndinə ən zəruri qida məhsulları və tibbi ləvazimatlar göndərdi. 

Azərbaycanın humanist və cəsarətli addımı təbii ki, qlobal gücləri qane etmir. Dünyanın bir çox aparıcı dövlətləri və təşkilatları öz varlıqlarını sübut etmək üçün zaman-zaman münaqişə ocaqları yaradır, sonra da bu münaqişənin həllini özləri üçün siyasi alətə çevirirlər.

Borrel niyə əl-ayağa düşüb?

Ötən gecə bir maraqlı hadisə də baş verdi. BMT TŞ-də müzakirələr getdiyi bir vaxtda Aİ də Azərbaycana qarşı hərəkətə keçdi.  Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef  Borrel təşəbbüslə çıxış etdi ki, Azərbaycanla bağlı ayrıca bəyanat qəbul edilsin. Bu bəyanatda Azərbaycanın antiterror tədbirləri pislənilsin və Laçın dəhlizinin açılması qəti şəkildə tələb olunsun. 

Təbii ki, Borrelin bu təşəbbüsü ədalətsiz olduğu qədər də şər-böhtan idi. Ona görə də bir sıra dövlətlər Borrelin bu təklifinə qarşı çıxdı. Xüsusilə də dost Macarıstan Borrelin arzusunu gözündə qoydu. Rəsmi Budapeşt Aİ-nin hazırladığı sənədə veto qoydu. Beləcə, BMT TŞ-də olduğu kimi Aİ-da da erməni yalanları bir daha iflasa uğradı və ermənilərə arxa durmaq istəyənlərin növbəti bir cəhdi uğursuzluqla sonlandı. 

BMT TŞ və Aİ hansı reallıqları görməməzlikdən gəlir?

30 ildir ki, bir milyondan artıq azərbaycanlı öz ölkəsində köçkün kimi yaşayır. BMT, Aİ bunu niyə görmür? Bu gün Xankəndindəki bir ovuc erməni üçün yaxasını cıran Fransa, Almaniya və digər Aİ üzvü olan dövlətlər Xankəndidə, Xocavənddə, Əsgərənda, Xocalıda bir zamanlar yaşamış yüz minlərlə azərbaycanlının doğma dədə-baba ocaqlarına qayıda bilməməsini niyə müzakirəyə çıxarmır?

Ermənilər 30 il ərzində Azərbaycan ərazilərində ekoloji terror aparıblar. Bu terrorun acı nəticəsini hazırda bütün region dövlətləri yaşayır. Bəs, BMT,Aİ və digər qurumlar bu dəhşətli faktları niyə gündəmə gətirmir?

Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlıdan 30 ildir ki, xəbər yoxdur. BMT və Aİ bu ağrı-acının hesabını niyə Ermənistandan soruşmur?

44 günlük müharibədən 3 il keçməsinə və ərazilərimiz işğaldan azad olunmasına baxmayaraq azərbaycanlılar öz dədə-baba yuvalarına qayıda bilmir. Çünki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana vermir. Amma bu cinayəti bilən Almaniya, Fransa və digər dövlətlər həyasızcasına susur.

Niyə susurlar?

Qərbin susqunluğunun tək səbəbi dini təəssübkeşlikdir. Çünki, BMT və Aİ-də təmsil olunan böyük dövlətlərin əksəriyyəti Vatikandan gündəlik təlimatlar alır. Bu təlimatlarınsa əsas hissəsini müsəlmanlara qeyri-insani münasibət və qırğın tapşırıqları tutur. 

Bu da təsadüfi deyil. Çünki, islamda şəhid olmaq, xristianlıqda isə öldürmək savab iş sayılır. Ona görə də Xristian dünyası çalışır ki, Azərbaycan da İraq, Suriya, Əfqənıstan və digər müsəlman ölkələri kimi münaqişə ocağı və səfalət məkanına çevrilsin.

Azərbaycanı haqq yolundan kim döndərə bilər?!

Göründüyü kimi Azərbaycanın dini və milli kimliyi, eləcə də yerləşdiyi unikal coğrafi mövqeyi qlobal gücləri ciddi şəkildə narahat edir. Ona görə də həmin bədnam güclər fürsət düşdükcə Azərbaycana təzyiq etmək, durdurmaq istəyirlər. Lakin, göründüyü kimi şər qüvvələrin bütün pis niyyətləri nəticəsiz qalır. Necə ki ötən gün Azərbaycan eyni vaxtda 3 cəbhədə çox böyük uğur qazandı. Həm BMT TŞ-da, həm Aİ-da və həm də Yevlaxda Azərbaycan tarixi diplomatik nəticələr əldə etdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO