Ermənistanda atışma: Kriminal avtoritet güllələndi - FOTO

Ermənistanda atışma: Kriminal avtoritet güllələndi - FOTO

Hazırda oxunan: Ermənistanda atışma: Kriminal avtoritet güllələndi - FOTO

15643

Ermənistanın Lori bölgəsində atışma olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.  

Mənbə yazır ki, vətəndaş güllə yarası ilə Vanadzor tibb mərkəzinə çatdırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri etiraz edir – Paşinyan sözünü tutmur


Xəstəxanada həkimlər polisə yaralının vəziyyətinin ağır olduğunu və ifadə verə bilmədiyini söyləyib.

Polis və müstəntiqlər bədənində və başında çoxsaylı güllə yarası olan yaralının Vanadzor şəhərindəki Tumanyan 11 ünvanındakı xəstəxanaya aparıldığını aşkar ediblər. Hadisə yerində atışma və qan izləri tapılıb.

Saytın yazdığına görə, Vanadzorda daha çox "Boksçu Samo" kimi tanınan kriminal avtoritet Samvel Matevosyan yaralanıb.

Bu faktla əlaqədar olaraq Lori Regional İstintaq İdarəsində cinayət işi başlanıb.

Güllə yaraları olan 35 yaşlı Matevosyan dünən BMW avtomobilində Vanadzor-Dilican yolunda qəzaya düşüb, nəticədə Vanadzor sakinləri, 32 yaşlı Hrayr Hovsepyan və 21 yaşlı Artem Madoyan bədən xəsarətləri ilə “Vanadzor” tibb mərkəzinə aparılıb.

A. Madoyan bir neçə saat sonra özünə gəlmədən ölüb. Hüquq-mühafizə orqanları sui-qəsd cəhdi ilə dünənki qəza arasındakı əlaqəni öyrənməyə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO