Son zamanlar sürücülərdən “pul qoparmaq” adı ilə şantajla məşğul olan qrup aşkarlanıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bunun əyani sübutudur. Belə ki, bir qrup şəxs qəsdən özünü hərəkətdə olan bahalı avtomobillərin altına ataraq, guya xəsarət aldıqlarını sübut etmək istəyirlər.
Dərhal da “zərəçəkənin” qohumu, uşağı meydana çıxır, isterik vəziyyət yaradırlar. Panikaya düşmüş sürücülərdən isə “qəza müqabili” pul qoparılır.
Sədəlövh sürücülər bu dələduz dəstəsinə inananraq, onların tələsinə düşür.
Belə mütəşəkkil qruplardan biri növbəti çirkin əməllərini həyata keçirərkən küçədə quraşdırılan kameralara yaxalanıb.
Videogörüntünü təqdim edirik:
Bizim.Media