Futzal millimiz bu gün Niderlandla QARŞILAŞIR 

Futzal millimiz bu gün Niderlandla QARŞILAŞIR 

Hazırda oxunan: Futzal millimiz bu gün Niderlandla QARŞILAŞIR 

156147

Azərbaycanın futzal millisi bu gün DÇ-2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunda növbəti görüşünü keçirəcək.  

Bizim.Media xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Niderlandla üz-üzə gələcək.  

Bakı İdman Sarayında keçiriləcək matç 18:30-da start götürəcək. "CBC Sport" kanalında canlı yayımlanacaq oyuna giriş sərbəst olacaq.  

Qeyd edək ki, yığma komandamız ilk oyununda Rumıniyaya 1:3 hesabı ilə uduzub. Futzal DÇ-2024, elit-raund 20 sentyabr 18:30 Azərbaycan - Niderland Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (Hakimlər briqadası Kiprdəndir) Hakim-inspektor: Sebastian Stauicki (Polşa) UEFA nümayəndəsi: Avi Levi (İsrail). 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO