NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putini Ukraynanı işğal etməyə sövq edən səbəblərdən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
"O istəyirdi ki, biz heç vaxt NATO-nu genişləndirməyək, 1997-ci ildən NATO-ya daxil olan bütün müttəfiqlərdən, yəni NATO-nun yarısından (Bütün Mərkəzi və Şərqi Avropadan) hərbi infrastrukturumuzu çıxaraq.
Təbii ki, bunu rədd etdik. Ona görə də o, NATO-nun onun sərhədlərinə daha da yaxınlaşmasının qarşısını almaq üçün müharibəyə getdi”, - deyə o bildirib.
Bizim.Media