“İnter Mayami” Messinin keçidindən sonra ilk dəfə uduzdu

“İnter Mayami” Messinin keçidindən sonra ilk dəfə uduzdu

Hazırda oxunan: “İnter Mayami” Messinin keçidindən sonra ilk dəfə uduzdu

155589

“İnter Mayami” Şimali Amerikanın MLS çempionatında “Atlanta Yunayted”ə böyük hesabla məğlub olub.

Bizim.Media xəbər verir ki, Lionel Messi matçda iştirak etməyib.

“İnter Mayami”nin baş məşqçisi Messini Argentinanın oyunundan sonra qorumaq qərarına gəlib, həmçinin onun süni ot örtüyündə oynamasının əleyhinə olub.

Bununla belə, klub argentinalı futbolçunun oyunu niyə buraxdığını rəsmən açıqlamayıb.

“Atlanta Yunayted”in qollarını Tristan Muyumba (36), Bruks Lennon (44), Georgios Yakumakis (76) və Tayler Volf (89) vurub, Kamal Miller (41) avtoqolla yadda qalıb. Messinin komandasının qollarına Leonardo Kampana (25, 53 - penaltidən) imza atıb. Beləliklə, matç qonaqların 2:5 hesabı ilə qələbəsi ilə başa çatıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO