Bu gün XİN-ə işə qəbul imtahanı keçiriləcək

Bu gün XİN-ə işə qəbul imtahanı keçiriləcək

Hazırda oxunan: Bu gün XİN-ə işə qəbul imtahanı keçiriləcək

155550

Bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 474 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO