Şüvəlanda təmizlik aksiyası keçirilib - FOTO 

Şüvəlanda təmizlik aksiyası keçirilib - FOTO 

Hazırda oxunan: Şüvəlanda təmizlik aksiyası keçirilib - FOTO 

155539

Sentyabrın 16-da çimərlik mövsümünün yekunlaşması ilə əlaqədar növbəti sahilyanı təmizlik aksiyası təşkil olunub. 

Bu barədə Bizim.Media-ya IDEA İctimai Birliyindən məlumat verilib. 

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba”, Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində keçirilən təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərdə məişət tullantılarının qalaqlanmasının qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Həmçinin bu il, ilk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı sualtı hissəsi də tullantılardan təmizlənib. 

"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindən topladıqları tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər. 

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və yüzlərlə könüllünün iştirakı ilə baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənir və vətəndaşların istifadəsinə verilir. 
IDEA İctimai Birliyi bir daha hər kəsi Xəzər dənizinin sərvətlərinin davamlı gələcəyini təmin etmək, biomüxtəlifliklə zəngin olan bu sahilləri çirklənmədən qorunması və insanların istifadəsi üçün yararlı saxlanılması naminə birlik olmağa səsləyir. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO