Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu 

Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu 

Hazırda oxunan: Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu 

155393

Azərbaycan ordusunun hərbçisi həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. 

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO