Kreml kəşfiyyatın və Müdafiə Nazirliyinin köməyi ilə ABŞ-ın ixrac nəzarətindən yan keçə bilib. Belə ki, bir sıra şəxslər qaçaqmalçılıq yolu ilə Rusiyaya raket və tanklar üçün nəzərdə tutulan əsas komponentləri idxal ediblər.
Bizim.Media xəbər verir ki, bu iddia ABŞ-ın "The New York Times" (NYT) nəşrində yer alıb.
"Müharibə başlayandan sonra Rusiya kritik komponentlər üzrə ticarəti bərpa edərək, onları Ermənistan vasitəsilə həyata keçirib.
Müharibədən əvvəl Rusiya ildə 100 tank istehsal edirdisə, indi bu rəqəm 200-dür. Artilleriya mərmilərinin istehsalı isə ildə iki milyona yaxınlaşıb. Bu, Qərb kəşfiyyatının ilkin hesab etdiyindən iki dəfə çoxdur", deyə NTY qeyd edib.
ABŞ rəsmiləri deyirlər ki, ABŞ Rusiyanın raket istehsalı üçün lazım olan hissələrin qaçaqmalçılıq yolu ilə daşınmasını yavaşlatsa da, dayandıra bilməyib.
Bizim.Media

- A-
- A
- A+
Region
11:39 / 14.09.2023
Rusiya Ermənistanın köməyi ilə Qərb sanksiyalarının öhdəsindən gəlib - DETALLAR
Hazırda oxunan: Rusiya Ermənistanın köməyi ilə Qərb sanksiyalarının öhdəsindən gəlib - DETALLAR
Hazırda oxunan: Rusiya Ermənistanın köməyi ilə Qərb sanksiyalarının öhdəsindən gəlib - DETALLAR
155126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.