Qaxda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı

Qaxda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Qaxda avtomobil ağaca çırpıldı: 3 nəfər xəsarət aldı

155097

Qax rayonunun İngiloy Kötüklü kənd sakini, 32 yaşlı Romani Okrocanaşvilinin idarə etdiyi “Mercedes” markalı avtomobil Yevlax-Zaqatala-Gürcüstan magistralında, Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu  zaman nəqliyyat vasitəsində olan sürücü ilə yanaşı daha üç sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, müayinələr təyin edilib.

Qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO