Yaponiyalı sərmayədarlar Şəkidə - FOTO 

Yaponiyalı sərmayədarlar Şəkidə - FOTO 

Hazırda oxunan: Yaponiyalı sərmayədarlar Şəkidə - FOTO 

154946

Yapon iş adamları ölkəmizə səfərləri çərçivəsində Şəki şəhərində tarixi məkanlara baş çəkib, sərmayə imkanlarını araşdırıblar. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaponiyalı qonaqlar əvvəlcə şəhərin qədim tarixi hissəsini - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu gəziblər. 

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi abidələr barədə qonaqlara ətraflı məlumat verilib. Şəki ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.

Bölgəyə səfərləri çərçivəsində yaponiyalı sərmayədarlar Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütünqurutma müəssisələri ilə də tanış olublar. Layihənin təşkilatçısı, yaponiyalı iş adamı Taro Savado bildirib ki, belə görüşlərin təşkili bundan sonra tez-tez təşkil ediləcək.

Uzaq gündoğar ölkənin iş adamlarını Azərbaycanla tanış etməklə yanaşı onların hansı sahələrə sərmayə yatıra biləcəkləri barədə də məlumatlar verilir. 

Qeyd edək ki, Şəkidən sonra yaponiyalı iş adamları bu gün Naxçıvana gedib. 






















Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO