“Turan Tovuz”dan növbəti legioner transferi

“Turan Tovuz”dan növbəti legioner transferi

Hazırda oxunan: “Turan Tovuz”dan növbəti legioner transferi

154718

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Turan Tovuz” növbəti legioner transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi bu dəfə Emmanuel Hakmanı sıralarına qatıb.

Bu gün Azərbaycana gələcək 28 yaşı müdafiəçi 2 illik rəsmi müqaviləyə imza atacaq. Toqo yığmasının da şərəfini qoruyan arxa xətt oyunçusu son olaraq Serbiyada “Novi Sad”ın uğurları üçün tər töküb.
Afrikalı daha öncə Portuqaliyada “Jil Visente”, “Portimonense” və “Boavişta”nın formasını geyinib. Hakman hazırda azad agent statusu daşıyır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO