BİZİM TƏQVİM: 12 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 12 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 12 sentyabrda baş vermiş tarixi hadisələr

154675

Düz 300 il əvvəl 12 sentyabr 1723-cü ildə ilk dəfə olaraq Rus qoşunu Xəzərətrafı rayonları və Bakını işğal edib. 1723-cü il sentyabrın 12-də II Təhmasib Peterburqa göndərdiyi elçisi İsmayıl bəy şahdan xəbərsiz olaraq Xəzəryanı bölgələrin-Dərbənddən Gilana qədər olan torpaqların Rusiyaya birləşdirilməsi haqqındakı müqaviləni özbaşına imzaladı. Rusiya bunun əvəzində Səfəvi şahına əfqanlarla müharibədə yardım göstərəcəyini öhdəsinə götürürdü. Lakin, II Təhmasib müqaviləni təsdiq etmədi. Beləliklə, 1722-1723-cü illərdə Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatdı.

Bəs, sentyabrın 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 12 sentyabr 1504-cü ildə Xristofor Kolumb dünya səyahətinə başlayıb.

2 1913-cü ilin 12 sentyabr tarixindә Qәrbi Trakya Cümhuriyyәti qurulub.

3. 1919-cu ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ərdəhan kaner qayığı suya salınıb.

4. 1940-cı ilin 12 sentyabr tarixindә fransalı 4 gәnc Laskauks mağarasını kәşf edib.

5. 1943-cü ilin 12 sentyabr tarixindә Almanlar Mussolinini hәbsxanadan qaçırıb.

6. 1963-cü ilin 12 sentyabr tarixindә Türkiyә ilә Avropa İqtisadi Birliyi arasında tәrәfdaşlığa dair müqavilә imzalanıb.

7. 1970-ci ilin 12 sentyabr tarixindә fәlәstinli silahlılar ABŞ, İsveçrә, İngiltәrә vә Almaniyaya aid dörd tәyyәrәni oğurlayaraq sәrnişinlәri girov götürüblәr.

8. 1980-ci ilin 12 sentyabr tarixindә Türkiyә ordusu dövlәt çevrilişi edib. Çevriliş nәticәsindә 650 min adam saxlanılıb, 50 nәfәr edam edilib.

9. 2006-cı ilin 12 sentyabr tarixindә Diyarbәkirin Bağlar sәmtindә törәdilәn bombalı hücum nәticәsindә 8-zi uşaq olmaqla 10 nәfәr hәlak olub, 15 nәfәr dә xәsarәt alıb.

10. 2008-ci ilin bu günündə Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi açılıb. 

11. 2017-ci ilin 12 sentyabr tarixindә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiyadan S-400 zenit-raket sistemlәrinin alınması ilә bağlı müqavilәnin imzalandığını açıqlayıb.

12. 12 sentyabr 2017-ci ildə “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ilk oyununu keçirib.

Sentyabrın 12-də bu şəxsiyyətlər xatırlanır:

1. Sufi şairi, Səfəviyyə təriqətinin yaradıcısı və Səfəvilər sülaləsinin banisi Şeyx Səfi 12 sentyabr 1334-cü ildə vəfat edib(1252-1334).

2. 12 sentyabr 1887-ci ildə görkəmli yazıçı, Azərbaycan ədəbiyyatında tarixi, tarixi-fəlsəfi roman janrlarının banisi Yusif Vəzir Çəmənzəminli anadan olub (1887-1943). 

3. 12 sentyabr 1921-ci ildə şair, dramaturq Novruz  (1921 – 19.10.1995) anadan olub. 

4. Əslən Cənubi Azərbaycandan olan ABŞ vətəndaşı kosmosa gedən ilk qadın Ənusə Ənsəri 12 sentyabr 1966-cı ildə dünyaya gəlib.

5. 12 sentyabr 2001-ci ildə yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912 – 2001) vəfat edib.  Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

6. 12 sentyabr 2004-cü ildə Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 2.10.1923 – 2004) vəfat edib. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, H.Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO