Erməni xəyanətinin növbəti QURBANI – İranın sonrakı peşmançılığı nə FAYDA VERƏCƏK?

Erməni xəyanətinin növbəti QURBANI – İranın sonrakı peşmançılığı nə FAYDA VERƏCƏK?

Hazırda oxunan: Erməni xəyanətinin növbəti QURBANI – İranın sonrakı peşmançılığı nə FAYDA VERƏCƏK?

154647

Erməni ilə dost olanın gərəkdi ki, dəyənəyi yanından əskik eləməsin. Çünki, ermənilər üçün heç bir dəyər, meyar yoxdur. Erməni istənilən dostu uçurum kənarında qoyub qaça bilir. Ona görə də ermənilərlə yola çıxanın bir əli dəyənəkdə olmalıdır. Və bu dəyənəyi addımbaşı erməninin başına vurmalıdır ki, bu varlıq çaşmasın, yolunu azmasın. Yoxsa erməni “dostuna” xeyirdən çox ziyan vura bilir. Necə ki, dar gündə olan İrana qarşı Ermənistan öz “sədaqətini” göstərdi.  

Ermənilər bu gün “dost”, “qardaş” dediyi molla-fars rejiminin qatı düşməni olan amerikalılarla hərbi təlimlərə başlayır. Bu təlimlərlə ABŞ İrana daha yaxın olduğu mesajını verir. Digər mesajsa ondan ibarətdir ki, Ağ Ev molla-fars rejimini başa salmaq istəyir ki, sən özünə dost bildiyi ölkələrin bir çoxu mənim maşamdır. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Ermənistandan niyə imtina etdi? - DETALLAR


İran nəyin fərqindədir?

Ötən gün İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün "X" (Twitter) səhifəsində yazıb ki, ABŞ-la əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək Ermənistanla İran arasında vəziyyəti daha da çətinləşdirir. Bununla da rəsmi Tehran rəsmi İrəvanı başa salmaq istəyir ki, ABŞ-la birgə hərbi təlim keçirmək nə dostluğa, nə də ki, qonşuluğa sığmır. 

Amma ağeyi Cəmşidi unudur ki, ermənilər nə qonşu, nə də ki, dost biləndir. Ermənilər hər zaman güclünün kölgəsində olmağı xoşlayırlar. Ona görə ermənilərlə heç kim uzun yola çıxa bilmir. Necə ki, Rusiyanın ayağı büdrəyəndə ona arxadan ilk zərbəni Ermənistan vurdu. Və Ermənistan üçün də İran dost ölkə deyil. Sadəcə molla-fars  rejiminin Azərbaycana qarşı olan düşmən münasibətindən Ermənistan öz çıxarları üçün yararlanmaq istəyir. 

İran Azərbaycanın ideyalarına niyə 3 il sonra haqq qazandırır?

İranın vitse-prezidentinin dünənki  açıqlamasında bir maraqlı məqam da var. Bu da ondan ibarətdir ki, molla-fars rejimi  Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyətin təlükəli olduğunun vurğulamasıdır. Məhəmməd Cəmşidi hesab edir ki, bölgə ölkələri üçün ən yaxşı platforma “3+3” formatıdır. 

Halbuki, 3 il əvvəl Azərbaycan bu ideyanı ortaya atanda ona qarşı çıxan iki ölkədən biri İran olmuşdu. Rəsmi Tehran əvvəlcə “3+3” formatının əvəzinə “2+2” platformasını təklif etdi. Və bu formatda Türkiyə və Gürcüstan kənarda saxlanılırdı. Daha sonra rəsmi Tehran yeni formula təqdim etdi. Bu formulda isə Türkiyə kənarda saxlanılırdı. Lakin, molla-fars rejimin hər 2 təkilifinə Ermənistandan başqa heç bir dövlət dəstək vermədi. Bu günsə İran “3+3” platformasının vacibliyindən danışır. Daha doğrusu belə danışmaq məcbutiyyətindədir. 

İranın gecikmiş etirafı

İran 3 il əvvəl “3+3” ideyasının ona görə əleyhinə çıxırdı ki, bu təklif Azərbaycan və Türkiyədən gəlmişdi. Azərbaycan və Türkiyənin bölgədə sülhə və dayanıqlı inkişafa töhfə verəcək bu təklifinin bu günədək reallaşmasına əngəl olan iki ölkədən bir İrandır. Əgər 3 il qabaq rəsmi Tehran bu ideyanı dəstəkləsəydi və Ermənistana da müəyyən təzyiqlər etsəydi, yəqin ki, Zəngəzur dəhlizi çoxdan açılmışdı və 6 region ölkə arasında indi yüksək səviyyəli əlaqələr var idi. Lakin, molla-fars rejiminin burnundan qabağını  görməməsi və qısqanc yanaşması “3+3” kimi unikal platformanın reallaşmasına əngəl oldu. Nəticə isə ən çox İran üçün təhlükə yaradır. 

ABŞ Ermənistana ayaq açır. Bu isə ilk növbədə molla-fars rejimi üçün ciddi təhdiddir. Belə baxanda ABŞ-ın Ermənistanla birgə hərbi təlimlərin keçirilməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur.

Rəsmi Tehran da bunun fərqindədir. Ona görə də İran prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinə telefon açaraq acizanə  şəkildə bildirir ki, region üçün ən əlverişli platforma “3+3” formuludur. 

Bu bəyanatlar və fikirlər bir  daha onu göstərir ki, Azərbaycan regionda davamlı sülhə və dinc qonşuluğa ən çox maraq göstərən ölkədir. Üstəlik, Azərbaycanın irəli sürdüyü ideyalar təkcə öz ölkəsinin deyil, regional inkişafa və regional təhlükəsizliyə xidmət edir.

Və belə yerdə məşhur aforizmin “Nooldu, Paşinyan, nooldu Paşinyanın?” nın yeni versiyası gündəmə gəlir:

“Nooldu Rəisi, nooldu Rəisi?”

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO