Sərnişinlərdən Bakı-Sumqayıt qatarındakı qrafik dəyişikliyinə ETİRAZ – Qurumdan AÇIQLAMA 

Sərnişinlərdən Bakı-Sumqayıt qatarındakı qrafik dəyişikliyinə ETİRAZ – Qurumdan AÇIQLAMA 

Hazırda oxunan: Sərnişinlərdən Bakı-Sumqayıt qatarındakı qrafik dəyişikliyinə ETİRAZ – Qurumdan AÇIQLAMA 

154629

Məlum olduğu kimi “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişindaşımada yaranabiləcək hərəkət sıxlığının qarşısının alınması məqsədi ilə qatarların cədvəlində dəyişiklik edib. Amma edilən dəyişiklik narazılıq yaradıb. Sərnişinlərin bildirdiyinə görə, vəziyyət əvvəlikdən daha gərgin olub və sıxlıq artıb. Narazı sərnişinlər sıxlığa səbəb kimi pik saatlarda 2 qatar reysinin ləğv olunmasını əsas gətiriblər. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova Bizim.Media-ya açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt qatarı BU DƏQİQƏLƏRDƏ – İnsanlar ayaqüstə dura bilmirlər - VİDEO 


O, deyib ki, yenilənmiş hərəkət qrafiki sərnişinlərimizin təklifləri nəzərə alınmaqla yeni tədris ilində ictimai nəqliyyatın üzərinə düşən yükün azaldılmasına, insanların təhlükəsiz və vaxtında mənzil başına çatdırılmasına hesablanıb: 

“Abşeron dairəvi dəmir yolu xətti üzrə səhər saat 07:50 və 07:55 reyslərinin vaxtının dəyişdirilməsi və digər reyslər üzrə də hərəkət qrafikinin optimallaşdırılması cədvəl üzrə əlavə 8 reysin təyin edilməsinə, bunun nəticəsi kimi də gündəlik olaraq daha 2000 sərnişinin sürətli qatarlarla hərəkətinə imkan yaradır. Bu vaxta qədər saat 07:50 və saat 07:55 reysləri ilə hərəkət edən sərnişinlərimiz 8 sentyabr tarixindən etibarən saat 07:35-ə təyin edilmiş yeni reys və saat 07:40-dakı ənənəvi reys ilə səfər edə bilərlər. Həmçinin yenilənmiş qrafikə əsasən sərnişinlərimiz Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə saat 08:10-a təyin olunmuş yeni reys ilə də mənzil başına vaxtında çata biləcəklər”. 

Qurum rəsmisi qeyd edib ki, Sumqayıtdan paytaxta səfər edən sərnişinlərin səhər saatlarında Bakıya vaxtında çatdırılması üçün Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı 6-dan 5-ə endirilərək daha qısa marşrut olan Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 2 yeni reys əlavə edilib:

“Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə qısaldılmış Bakı-Xırdalan-Bakı və Bakı-Koroğlu-Bakıxanov-Sabunçu-Bakı marşrutu üzrə qatarlar hərəkət edir. Bu qısaldılmış marşrutlar Xırdalan, Sabunçu və Bakıxanov stansiyalarında artmaqda olan sərnişin sıxlığının tənzimlənməsini həyata keçirir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO