Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Hazırda oxunan: Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

154591

Rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlər üçün ixtisas seçimi sentyabrın 11-i saat 23:59-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır. Bu gün saat 10:40-a olan məlumata görə, 71 (Azərbaycan bölməsi – 60, rus bölməsi – 11) namizəd ixtisas seçimi edib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər DİM-in internet portalında ixtisas seçimi edə bilərlər.

Boş qalan plan yerləri ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO