Conson: “Putinlə kompromis əldə etmək qeyri-mümkündür”

Conson: “Putinlə kompromis əldə etmək qeyri-mümkündür”

Hazırda oxunan: Conson: “Putinlə kompromis əldə etmək qeyri-mümkündür”

154557

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı Rusiya prezidenti Putinlə kompromis əldə etməyin mümkünlüyünə inanmır. 

Bizim.Media xəbər verir ki, o, belə bir bəyanatla Kiyevdə “Yalta European Strategy” forumunda çıxış edib.

“Əlbəttə, hamımız sülhün mümkün qədər tez olmasını istəyirik. Hamımız sülh üçün dua edirik. Ancaq başa düşürük ki, Putinlə razılaşma yolu ilə sülh əldə etməyəcəyik. Priqojin də Putinlə razılığa gəlmək istəyirdi və görürsünüz ki, hər şey necə baş verdi”. “Yevropeyskaya Pravda” onun sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, hazırkı müharibənin səbəbi NATO-nun Ukraynanı qəbul etmək istəməməsidir:

“Mövqeyimizdə daha aydın olsaydıq, hər şey fərqli olardı, lakin biz bir şey dedik,  başqa bir şey düşündük və bu, faciəyə səbəb oldu. Və biz indi açıq şəkildə deməliyik ki, Ukraynanın tezliklə NATO-ya üzv olmasını istəyirik. Mümkün qədər tez.

Çoxları elə düşünürdü ki, Ukraynanın NATO-ya qəbul olunması Rusiya prezidentini təxribata çəkəcək.

Bunu (Ukraynanın NATO-ya mümkün qədər tez qəbul etmək qərarı) Rusiyada bəzi insanların qəbul etməsi çox çətin olacaq, lakin bu, İncildəki kimi olmalıdır: “İmanın gücü hər şeyin aydın olmasındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO