Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb.
Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya verilən xəbərə görə, Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.
MÖVZU İLƏ BAĞLI:
Pakistan XİN separatçıların qondarma "prezident seçkisini" pislədi
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır:
“Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”.
Bizim.Media