“Ermənistan KTMT-də müttəfiqimizdir, bu ittifaqa üzv olanlardan istənilən hərbi təlimləri bu ittifaqa daxil olan ölkələrlə keçirməsini gözləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistanda keçiriləcək Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının birgə hərbi təlimlərinin keçiriləcəyini açıqlayıb.
Bizim.Media