Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin Polis Bölməsində üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:02 / 06.09.2023
Polis Şəmkirdə əməliyyat keçirdi: Saxlanılan var - FOTO
Hazırda oxunan: Polis Şəmkirdə əməliyyat keçirdi: Saxlanılan var - FOTO
Hazırda oxunan: Polis Şəmkirdə əməliyyat keçirdi: Saxlanılan var - FOTO
153876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.