Cozef Borel Gürcüstana səfər edəcək

Cozef Borel Gürcüstana səfər edəcək

Hazırda oxunan: Cozef Borel Gürcüstana səfər edəcək

153673

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel yaxın günlərdə Gürcüstana səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib. 

O bildirib ki, səfər çərçivəsində Gürcüstanın Avropaya inteqrasiya istiqamətində gördüyü işlər, Avropa İttifaqının irəli sürdüyü təkliflərin icrası, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. 

C.Borelin səfəri Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, vizasız gediş-gəliş imkanlarının artırılmasına və Gürcüstanın Avropa ailəsinə üzv olmasına təkan verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO