AzTV-nin solistinin lüks istirahəti “burnundan” gəldi - FOTO

AzTV-nin solistinin lüks istirahəti “burnundan” gəldi - FOTO

Hazırda oxunan: AzTV-nin solistinin lüks istirahəti “burnundan” gəldi - FOTO

153553

Azərbaycan Televiziyasının (AzTV) solisti, “Böyük səhnə” mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubovanın başına iş gəlib. 

Bizim.Media xəbər verir ki, Krit adasında istirahət edən sənətçi yaşadığı Londona geri qayıdarkən yıxılaraq ayağından ciddi zədə alıb. 

Bu haqda isə Yaqubova sosial şəbəkə hesabında məlumat yayıb. Müğənni başına gələn xoşagəlməz hadisəni bu cür nəql edib: 

“Dizim asfalta necə dəydisə, səsimə camaat çevrildi. Yıxıla-yıxıla böyüyürük, eybi yox. Əsas məsələ ondadır ki, mən indi necə qaçacağam? Gərək bir neçə gün gözləyim”.
Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlan adlı şəxslə ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb.  












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO