Azərbaycan çempionatı BAŞA ÇATDI – FOTO  

Azərbaycan çempionatı BAŞA ÇATDI – FOTO  

Hazırda oxunan: Azərbaycan çempionatı BAŞA ÇATDI – FOTO  

153512

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına yekun vurulub.  

Bizim.Media xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışda sentyabrın 3-də keçirilən final qarşılaşmaları ilə həm qadın, həm də kişilər arasında çempionlar bəlli olub. 

Oyunlar Su İdmanı Sarayının dörd meydançasında təşkil olunub. Əvvəlki illərlə müqayisədə bu ilki çempionata voleybol sevərlərin marağı kifayət qədər yüksək olub. Final qarşılaşmaları azarkeşlərlə tam dolu tribunalar önündə keçirilib. Oyunlar zamanı fasilələrdə azarkeşlər üçün müxtəlif viktorinalar və şou proqram təşkil olunub.  

Su İdmanı Sarayında keçirilən yarışın sonuncu gününə üçüncülük oyunları ilə start verilib.  

Qadınların yarışında  Nərmin Musayeva/Çinarə Quliyeva cütü, kişilərin mübarizəsində Asif Əliyev/Heydər Məmmədli cütü bürünc medallara sahib çıxıblar.  

Daha sonra final oyunları baş tutub. İlk olaraq qadınların həlledici matçı keçirilib. Bu görüşdə Larisa Smeltsova/Fidan Əhmədxanova cütü Leyla Parşkova/Fidan Fərzullayeva çütünə 2:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb.  

Bu qarşılaşmanın ardından kişi voleybolçular çempionu müəyyən etmək üçün qum üzərinə çıxıblar.

Gərgin mübarizədə keçən bu matçda Vüqar Bayramov/Ülvi Rəcəbli cütünü 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov/Elmin Alışanov cütü qızıl medala sahib çıxıb. 

Beləliklə, qadınların yarışında Larisa Smeltsova/Fidan Əhmədxanova cütü qızıl, Parşkova/Fidan Fərzullayeva cütü gümüş və  Nərmin Musayeva/Çinarə Quliyeva isə bürünc medal qazanıb. Kişilərin mübarizəsində isə Vadim Kutukov/Elmin Alışanov 1-ci, Vüqar Bayramov/Ülvi Rəcəbli 2-ci, Asif Əliyev/Heydər Məmmədli 3-cü yeri tutublar. 

Oyunlardan sonra çempionatın mükafatlandırma və rəsmi bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. 
Qeyd edək ki, 3 mərhələdə təşkil olunan ölkə birinciliyinin sonuncu turunda müxtəlif bölgələrdən də komandalar iştirak edib.  




















Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO