F-16 qırıcıları gələn ilin yazında Ukrayna səmasında uça bilər - Reznikov

F-16 qırıcıları gələn ilin yazında Ukrayna səmasında uça bilər - Reznikov

Hazırda oxunan: F-16 qırıcıları gələn ilin yazında Ukrayna səmasında uça bilər - Reznikov

153487

F-16 qırıcıları gələn ilin yazında Ukrayna səmasında uçmağa başlaya bilər.

Bizim.Media xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Düşünürəm ki, gələn ilin yazında F-16 qırıcı təyyarələrin istifadəsi mümkün olacaq. Çünki bu gün təlim üçün icazə, təlim keçməyə razılıq verən ölkələr var, hətta ondan sonra bizə F-16 verməyə razı olan ölkələr var”, - deyə O.Reznikov əlavə edib.
Qeyd edək ki, bir sıra Avropa ölkələri aviasiya koalisiyası çərçivəsində Ukrayna pilotları üçün F-16 qırıcılarında təlimlərin keçirilməsinə razılıq verib. 

Xüsusilə, ABŞ oktyabrda Ukrayna silahlı qüvvələrinin pilotlarının Arizonadakı Milli Qvardiyanın bazasında təyyarələrdə təlimlərə başlayacağını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO